Yeni xəttə buraxılan avtobusda qəza
07:06 19.11.2018
Arxiv
771
Bakıda yeni xəttə buraxılan avtobus qəzalı anlar yaşayıb.
Trend-in məlumatına görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. 160 və 139 nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobusların toqquşması nəticəsində yeni xəttə buraxılan 160 nömrəli avtobusa ziyan dəyib, avtobusun yan şüşələri sınıb.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, qəza "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzində baş verib:
"Hadisə ötən gün saat 19:00 radələrində "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzində baş verib. 160 nömrəli avtobus dayanacaqda gözləyərkən 139 nömrəli avtobus ona yan tərəfdən dəyib. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb".
Qeyd edək ki, bir müddət əvvəl 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətinin yenilənmiş avtobuslarla həyata keçirilməsinə başlanıb. Xətt üzrə xidmət göstərən "Ayşən LTD" MMC ilə bağlanan müqaviləyə xitam verilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyəti sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi "Çinar-Trans” MMC-yə həvalə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə