Yol polisi toy karvanlarını nəzarətə götürdü - Ən çox 5 avtomobil iştirak edə bilər
14:13 25.08.2018
Arxiv
780
Yol polisi toy karvanları ilə bağlı sürücülərə xəbərdarlıq edib. Son illər bəy-gəlin cütlüyünü müşayiət edən avtomobil karvanları hərəkət zamanı xeyli xətalara yol verir. Sherg.az Xəzər TV-yə istinadən xəbər verir ki, nəticədə iki gəncin xoş günü yasa çevrilir. Toy karvanlarında belə hadisələrin baş verməməsi üçün polis toy sahiblərinə müraciət edib. Bəy-gəlini müşayiət edən avtomobillərin sayını azaldın.
Yol polisi toy sahiblərinə müraciət edib. Toy karvanında maksimum 5 avtomobil iştrak etsin. Bununla bağlı ''Xəzər Xəbər''ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.
Bölmə rəisi ilin əvvəlindən bu günə qədər toy karvanlarında 11 yol nəqliyyat hadisəsinin baş verdiyini, bu hadisələr zamanı 2 nəfər öldüyü, 9 nəfər isə xəsarət aldğını deyir.
Buna görə də Bakı Şəhər Dövlət Yol Polis idarəsi toy sahiblərinə təklif edir ki, toy karvanlarında maksimum 5 avtomobil iştrak etsin, eyni zamanda, bu avtomobillər karvan şəklində yalnız bir zolaq üzrə sağ tərəfdə hərəkət etsinlər. Hətta bununla bağlı yol polisi animasiya da hazırlayıb.
Bölmə rəisi onu da bildirdi ki, toy karvanında hərəkət edən sürücülərin böyük əksəriyyəti yol hərəkəti qaydalarını kobud şəkildə pozur. Elə buna görə də polis son illər toy karvanlarına nəzərati daha da gücləndirib.
Qeyd edək ki, ilin əvvəlindən bu günə qədər bəy-gəlini müşayiət edən sürücülər yol zolaqlarının lüzumsuz olaraq tutulması, yeri gəldi-gəlmədi səs siqnalından istifadə etdiyi, qarşı hərəkət zolağına çıxaraq nəqliyyatın hərəkətinə mane olduğu üçün 100 sürücü barəsində inzibati qaydada protakol tərtib edilib.
Toy karvanında avtoxuliqanlıq edən 10 sürücü isə aşkar edilərək barələrində məhkəmə qərarı ilə inzibati həbs qərarı çıxarılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq