Yollar bağlandı: İstanbulda avtobusda silahlı şəxs xəbəri polisi hərəkətə gətirdi





Beşiktaşın "Levent Büyükdere" prospektində hərəkət edən bir avtobusda silahlı şəxs olduğu xəbərindən sonra polis hərəkətə keçib. Prospektdə avtobusları tək-tək dayandıran polis qrupları, şübhəli gördükləri şəxslərin üstlərini axtarıb. Axtarışda silahlı şəxsə rast gəlinməyib, xəbərin yalan  olduğu məlum olub.

Digər yandan, saatlardır avtobus gəlməməsinə görə vətəndaşlar  yolu bağlayıb. Sərnişin avtobuslarının dayanacağa gəlməsiylə hərəkət sona çatıb.