"Yuventus" müdafiəçisi ilə müqavilə yeniləyir





"Yuventus” müdafiəçisi Daniele Ruqani ilə müqavilə yeniləməyə hazırlaşır.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Turin klubu 24 yaşlı oyunçu ilə sözləşmənin müddətini 2025-ci ilə qədər uzatmaq niyyətindədir. Əgər İtaliya millisinin üzvü yeni təkliflə razılaşsa, onun illik gəliri 3 milyon avro olacaq.

Qeyd edək ki, Ruqaninin hazırkı müqaviləsi 2021-ci ilə qədərdir.