Yuyucu tozu içmişdi: 8 yaşında 70 əməliyyat keçirib





Yaşından çox böyük şeylər yaşayan Kayranın zorlu günləri 5 il əvvəl başlayıb... Hamamda tapdığı yuyucu tozunu içərək xəstələnən Kayran 1 ildə tam 40 əməliyyat keçirib.

Bursada, 3 yaşındaykən hamamda içdiyi təmizlik maddəsi səbəbiylə iç orqanları böyük ziyan görən, 5 illik müddətdə Türkiyədə 30, ABŞ-da isə bir il içində 2-si böyük, ümumiyyətlə 40 əməliyyat keçirən Kayran Yaman, bütün bu əməliyyatlara baxmayaraq xüsusi bir cihaz sayəsində qidalana bilir. ABŞ-da, yoğun bağırsağından yeni bir yemək borusu tikilən, ağızdan qidalana bilməyən Kayranı hələ uzun bir müalicə müddəti gözləyir.

Ana Karakaş: "Bu əməliyyatlar müvəffəqiyyətsiz olsa, Kayran ömürü boyu bu cihaza bağlı qalacaq. Oğulumun artıq əməliyyat edilməsini istəmirəm”. ABŞ-dakı tədqiqlər zamanı məlum olub ki, Türkiyədə hazırlanan yemək borusu çürüyüb. Burada yoğun bağırsağından təkrar yemək borusu tikilib. Kayranın ABŞ-a gedərkən 16 kilo olduğunu, 1 il içində 27 kiloya çatdığını vurğulayan Karakaş, müalicələrin Türkiyədə davam edəcəyini və oğulunun burada hər ay qırtlağın genişlədilməsi üçün əməliyyat masasına yatacağını söyləyir. Karakaş, Hacettepe Universiteti Tibb Fakültəsi xəstəxanasında davam edəcək müalicənin ardından hər şeyin yolunda getməsi halında 6 ay və ya 1 il içində yenidən ABŞ-a gedəcəklərini ifadə edir. Oğulunun, ABŞ-da "Cincinnati Children’s Hospitalında müalicə müddəti keçirdiyini bildirən Karakaş, "Lakin bundan sonrakı mərhələdə əməliyyatları, New York Boston Harvard Universitetində ediləcək” deyə danışdı. Aişən Karakaş, oğulunun ağciyərlərindəki çətinlik səbəbiylə ağızdan qidalanmadığını, ABŞ-da belinə bağlanan bir cihazla qidalandığını ifadə edərək, bunları söyləyir: "Kayran, çantaya, maşına bağlıdı. Əgər əməliyyatlar müvəffəqiyyətsiz olsa, o ömür boyu bu çantaya bağlı qalacaq. Mən oğulumun artıq əməliyyat edilməsini istəmirəm. Kayranı ehtimalla 15-20 əməliyyat yenə gözləyir.”