Zakir Qaralovdan yeni təyinat...

Həsrət Pirməmmədov Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin prokuroru vəzifəsinə təyin edilib



Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun əmri ilə, Yasamal rayonunun prokuroru Həsrət Pirməmmədov Konstitusiyada nəzərdə tutulmuş qaydada 10 illik prokuror fəaliyyəti başa çatdığına görə vəzifəsindən azad edilərək Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin prokuroru vəzifəsinə təyin edilib.