Zəhərlənmələr çoxalıb
21:19 18.01.2016
Arxiv
738
Gübrələrlə yetişdirilən məhsullardan turşular hazırlamaq daha təhlükəlidir
Qış mövsümü ilə əlaqədar bir çoxlarımız yeməklərimizlə birlikdə ev şəraitində hazırladığımız turşu məhsullarından çox istifadə edirik. Lakin təəssüf ki, süfrələrimizə bəzək, yeməklərimizə dad verən turşular həm də bəzi zərərli xüsusiyyətlərə malikdir. Hər il, xüsusilə qış aylarında ölkəmizdə turşu məhsullarından zəhərlənmələr əksəriyyət təşkil edir. Bu zəhərlənmələrə ev şəraitində hazırlanmış turşularla bərabər marketlərdən, bazarlardan alınan turşular da səbəb ola bilir. Bəs özümüzü və ailəmizi bu zərərli məhsullardan necə qorumalıyıq?
Bu barədə "Şərq”ə danışan tibb eksperti, həkim Şəmsiyyə Namazova ev şəraitində hazırlanan turşu məhsullarında zərərli maddələrin azaldılmasını təmin etmək üçün sterilizasiya prosesinə xüsusi diqqət yetirilməli olduğunu deyib: "Turşuların zərərlərindən qorunmaq üçün tərəvəzlərin saxlanmasına, istifadəsindən əvvəl təmizlənməsinə ciddi riayət olunmalıdır. Ev şəraitində bu tədbirlər görülmədikdə, zərərli maddələrin inkişafı daha sürətlə gedir. Turşuların ən zərərli təsiri həkimləri hər zaman narahat edən botulizm xəstəliyinə şərait yaratmasıdır. Botulizm xəstəliyi bakteriyaların insan bədənində infeksiyaya yol açmaqla yaratdığı güclü toksin, gözlərdə yuxu iflici, cüt görmə, ağız quruluğu, halsızlıq, baş ağrısı kimi özünü büruzə verir. Daha sonra qusma ilə müşayiət olunan xəstəlik ürək çatışmazlığına yol açaraq xəstəni ölümə apara bilir. Xəstəliyin yaranmasına konserv məmulatlarının, bayat məhsulların, ev şəraitində hazırlanan turşuların səbəb olma riski daha çox olduğu üçün bu məhsullardan istifadə edərkən insanlar daha ehtiyatlı davranmalıdır”.
Ev şəraitində hazırlanan konserv məhsulları içərisində digər tərəvəzlərə nisbətdə badımcanın zərərli maddələrə qarşı daha həssas olduğunu deyən Ş.Namazova tərəvəzlərin gübrələrlə yetişdirilməsinin də bakteriyaların inkişafına münbit şərait yaratdığını qeyd edib: "Turşuları hazırlayarkən tərəvəzlərin seçilməsinə də xüsusi diqqət yetirmək lazımdır. Bəzən tərəvəzlər öz mövsümündə istifadə edilmir. Məsələn, yayda yetişən məhsulları xüsusi gübrələr sayəsində qışda da əldə edə bilirik. Bu məhsullardan tutulan turşular isə təbii olaraq zəhərlənmə təhlükəsini daha da artırır. Evdə hazırlanmış turşularla yanaşı, satışdan əldə etdiyimiz konserv məhsullarında da sağlamlığımızı itirməyimizə səbəb olacaq təhlükə qalmaqdadır. Bu səbəbdən, alınan zaman turşunun qabının üzərindəki bütün məlumatları dəqiq oxumaq lazımdır. Həmçinin turşu qabına diqqətlə fikir verilməlidir ki, qapağının ağzı şişmiş və ya deformasiyaya uğramış olmasın”.
Şəmsiyyə Namazova zəhərlənmə halı ilə qarşılaşdıqda ilkin tibbi yardımın göstərilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, xəstəni həkim qəbuluna, xəstəxanaya çatdıran müddətdə sadə tibbi yardım tədbirlərinin həyata keçirilməsi önəmlidir: "Zəhərlənmələr yüngül, orta və ağır dərəcəli olur. Bu hallar ilk növbədə baş ağrılarında, ürəkbulanma, temperatur, mədə-bağırsaq pozğunluğu, təzyiqin düşməsi kimi hallarla ortaya çıxır. Ağır dərəcəli olduqda isə bunlar xəstənin huşunu itirməsinə səbəb olur. İlkin tibbi yardım üçün qidanın qəbulundan iki saat müddətində mədə adi su ilə yuyulmalıdır. Bol miqdarda su qəbul etməklə zəhərlənmə təsirini bir qədər azaltmaq mümkündür. Əgər bu hallar qusma, huşunu itirmə kimi hallara çevrilərsə, mütləq həkimə müraciət etmək lazımdır”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət