“Zəhmətinlə bal topla”
Gənclər şəhərciyində yeni hazırlıq kursu fəaliyyətə başlayıb
"Abşeron" gənclər şəhərciyində "MM Akademiya Tədris Mərkəzi" adı altında yeni hazırlıq kursu fəaliyyətə başlayıb".
Bu barədə kursun icraçı direktoru Lətafət Novruzlu bildirib. Onun sözlərinə görə, kursda yay məktəbi, məntiq, kirrikulum, bakalavr, magistratura və dövlət qulluğuna qəbul üzrə hazırlıqlar nəzərdə tutulub. Bundan başqa L.Novruzlu qeyd edib ki, kursda məntiqi stolüstü oyunlar da təşkil olunub: "Buraya şaşki və şahmat oyunları daxildir. Yaş fərqi yoxdur. Çox mükəmməl müəllimlərimiz var. Artıq bu sahə üzrə kursa müraciət edənlər var. Növbəti həftədən müəllimlərimiz işə başlayacaq. Eyni zamanda çox güclü məntiq və kurrikulum müəllimlərimiz fəaliyyət göstərəcək. Kurrikulum müəllimimiz Təhsil Nazirliyində Kurrikulum üzrə regional təlimçi olub. Bundan başqa, çox mükəmməl fizika və riyaziyyat müəllimimiz var".
Direktor diqqətə çatdırıb ki, kursda aparıcı xarici dillər üzrə də hazırlıq kursları mövcuddur: "İngilis, rus, fransız, alman, ərəb dilləri də tədris olunacaq. Hətt ingilis dilində debatlar təşkil oluncaq. Müzakirələri əslən amerikalı olan Maykl aparacaq. Əlavə olaraq Azərbaycan əsilli ingilis dili müəllimimiz də işləyəcək. Fransız dili və digər dilləri aparacaq müəllimlər də çox mükəmməldirlər. Hətta rus dili bölməsinə ingilis dili dərsi deyən müəllimimiz də var. Biz yalnız mükəmməllərlə çalışırıq. Müəllimlərin hamısı imtahanla və bir neçə müəllimin içərisindən seçilirlər. Şəxsən qohumlarımızda işsiz adamlar var. Biz onu işə götürmədik. Kursa cəlb etmədik. Biliyinə, savadına əmin olmadığımız adamları işə götürmürük. Məqsədimiz həqiqətən mükəmməl iş görməkdir. "Zəhmətinlə bal topla" şüarını əbəs yerə deməmişik".
L.Novruzlu vurğulayıb ki, kursun təbliğatı az olsa da, müraciət edənlərin sayı çoxdur: "Bir aya yaxındır ki, işə başlamışıq. Artıq xeyli sayda şagirdimiz var".
İcraçı-direktor kursdakı güzəştlərdən də söz açıb: "Şəhid övladlarına 40 faiz güzəşt var. Hazırda şəhid övladı içəridə dərsdədir. Yay məktəbinə yazılıb. Ona yay məktəbi pulsuzdur. Sonra əlavə fənlərdən hazırlığa gələcəksə, 40 faiz güzəşt ediləcək. Bundan başqa, hər iki valideynini itirən şagirdlərimizə 40 faiz güzəşt edəcəyik. Həmçinin kursun sınaq imtahanlarında yüksək nəticə göstərənlərə güzəştlər tətbiq oluncaq. Digər hazırlıq kursları ilə müqayisədə bizdə qiymətlər daha sərfəlidir. Məsələn, yay məktəbləri hər fənn üzrə aylıq ödəniş 10 manatdır. Amma heç bir kursda aylıq 10 manat deyil. Çox mükəmməl də dərs keçirilir. İstənilən adam gəlib, dərslərimizdə iştirak edə bilər. Bu 3 ay müddətində kim istəyir gəlib yazıla bilər. Yaya məktəbi odur ki, şagirdin hansısa fəndən axsamaları varsa, gəlir və o geriləməni aradan qaldırır".
Dərs vəsaitinə gəlincə, L.Novruzlu söyləyib ki, şagirdlər üçün dərs vəsaitləri də təşkil olunub: "Şagird vaxt itirməsin deyə, müxtəlif nəşriyyatlarla müqavilə bağlamışıq. Hansı istənilən fənlə bağlı istifadə olunan dərslikləri gətirib bura qoyuruq və kitabları üzərlərindəki qiymətlərə satılır. Bu da şagirdlərimizin rahatlığı üçün nəzərdə tutulub. Bir sözlə, bizə istənilən fənlə bağlı müraciət edənlər əliboş qaytarılmır".
Həmsöhbətimiz bildirib ki, hər bir fənn üzrə ayda bir dəfə sınaq imtahanı keçiriləcək: "Sınaqlar kurs üzvləri üçün ödənişsizdir. Amma kənardan gələnlər üçün ödənişli olacaq".
Müsahibimiz qeyd edib ki, mərkəzdə tibb kursları da təşkil olunub: " Düzdü, ölkəmizdə tibb lisenziya tələb edən bir sahədir. Ona görə də, bizdə tibb bacısı kursları deyil, ilkin tibbi biliklər üzrə hazırlıqlar təşkil olunur. Bu məsələ sırf yüngül xərclə əhalini maarifləndirmək məqsədi güdür. Bu hazırlığın ödəniş haqqını da az qoymuşuq. Yaşından asılı olmayaraq hər kəs tibbi kurslarımıza yazıla bilər. Tibb sahəsi üzrə hazırlıq kursu 3 ay davam edəcək. Bunun üçün artıq bir neçə adam müraciət edib. Onların içərisində yaşlılar da var. Bu, alqışalayiq haldır. Bu, həkimə qədərki ilkin tibbi yardımdır . Bəzən elə olur ki, ailələrdə yüngül detalı bilməmək çox dəhşətli hadisələrlə nəticələnir. Ona görə də, həkimə çatana qədər ilk yardımı evdə hər kəs bilməlidir. Bunu təşkil etmişik".
Həmsöhbətimiz onu da əlavə edib ki, şagirdlərdə elmə, kitaba marağı gücləndirmək üçün tanınmış şairlər, yazarlar və elm xadimlərini kursa dəvət edəcəyik və onlar şagirdlərlə görüş keçirəcəklər: "Məsələn, bu günlərdə yazıçı Cəlil Cavanşir qonağımız oldu. Şagirdlərimizlə müzakirələr apardı. Onlara tövsiyələrini verdi. Əlbəttə, bu cür motivasiyalar şagirdlərin elmə olan istək və marağını gücləndirir".
Ayyət Əhməd