"Zəlzələnin vaxtını Allahdan başqa heç kim bilməz" - azərbaycanlı seysmoloq
15:11 11.01.2018
Arxiv
493
Ötən gün Azərbaycan-İran sərhədində 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir. Bakı vaxtı ilə saat 07:13-də qeydə alınan yeraltı təkanların episentri Astara rayonunun Kijoba qəsəbəsindən 6 km cənub-qərbdə, Ərdəbil şəhərindən 49 km şimal-şərqdə, ocağı isə 20 km dərinlikdə yerləşib.
Ümumiyyətlə son günlər İran, İraq, Türkiyə kimi qonşu ölkələrdə zəlzələlərin mütəmadi olaraq baş verməsi istər-istəməz Azərbaycan əhalisini də narahat edir.
Bu baxımdan zəlzələlərin Azərbaycan üçün ciddi təhlükə yaradabilmə ehtimalıdan danışa bilərikmi?
Ekoloq-seysmoloq Ənvər Əliyev Modern.az-a bildirib ki, zəlzələnin yerini, vaxtını heç kim bilmir:
"Zəlzələ yalnız ərazinin hansı zolaqda yerləşməsindən bilinir. Azərbaycanda isə dağıdıcı zəlzələlərin olma ehtimalı çox azdır. Çünki son dövrlərdə zəlzələ ocaqları yoxdur. Lakin bizim ölkə ərazisi seysmik qırışıqlığın üstündə yerləşir. Bu baxımdan hər şeyi qabaqcadan ölçüb-biçməliyik. Xüsusilə ictimai müəssisələrdən başlamış tədris müəssisələrinə qədər-bütün tikinti obyektləri məsələsində diqqətli olmalıyıq. Yəni hamısı tikilərkən güclü zəlzələ ehtimalları nəzərə alınmalıdır”.
"Bu işə baş vuranlar şeytandır, falçıdır”
Ə.Əliyev qeyd edib ki, əhalidə yaranan qorxu əslində savadsızlığın göstəricisidir: "O ki qaldı Cənubi ya Şimali Azərbaycanda zəlzələnin olacağı proqnozlarına, bunu heç kim deyə bilməz. Kimsə belə proqnoz verirsə, onun ağlına şübhə edirəm. Tutaq ki, elmi ehtimallara görə, 4 milyard ildən sonra Günəş sönəcək. Belə bir şeyin olacağına kim qarantiya verə bilər ki? Sabah filan saatda zəlzələ olacağını demək ehtimal yox, elmi fırıldaqdır.
Qonşu ölkələrdə zəlzələ olduğu halda bunun Azərbaycana da təsiri olacağını düşünmək ən böyük savadsızlıq göstəricisidir. O adamlar zəlzələnin mahiyyətindən xəbərdar olmayanlardır. Zəlzələnin vaxtını Allahdan başqa heç kim bilməz. Bu işə baş vuranlar isə şeytandır, falçıdır. Digər tərəfdən bilirsiniz ki, mətbuat cəmiyyətin qan-damar sistemi kimidir. Bu baxımdan zəlzələ mövzusunda kifayət qədər həssas olmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə