Zibildən çıxan XOŞBƏXTLİK

Qaçqın uşaq sevincindən anasına qaçır
Bu uşağın ayağına baxın, bir də gözlərindəki sevincə... Bu an uşaq çox xoşbəxtdir, çünki zibilikdən xiyar tapıb. Ölkələrindəki vətəndaş müharibəsidən qaçaraq Antaliyaya gələn Suriyalı ailələrin yaşamı ürək sızladır. Suriyalı bir ana yaşları 4 ilə 11 arasında olan uşaqlarıyla tərəvəz və meyvə axtarışına başlayıb. Ayaqlarında başmaqla, corabları belə olmayan uşaqlar tullantı tərəvəz və meyvələri yığmaq üçün zibil konteynerlərinə girir. Konteynerin içində bir müddət zibilləri qarışdıran uşaq, daha sonra çölə çıxaraq tapdığı xiyarla anasına qaçır. Adı bilinməyən oğlanının əlindəki iki ədəd xiyarla anasına qaçarkən yaşadığı sevinc üzündə də əks olunur. 5 yaşlarındakı qız uşağı isə girdiyi konteynerdə bir şey tapa bilmir. Ailə, digər konteynerlərdən tapdıqları, çürük portağal, gül kələm və kahını da çuvala doldurur. Körpə arabasına qoyulan çuval, uşaqların ən böyüyü tərəfindən daşındı. 5 yaşlarındakı oğlan yoldan qarşı tərəfə keçmək üçün çuvalı kürəyinə götürdü. Çətinlik çəkən uşaq, bir müddət dincəlir. Sonra yenə çuvalı kürəyinə alan uşaq, ailəsiylə birlikdə ara küçələrdə gözlərdən itir. Antaliya, Suriyalı vətəndaşlar üçün tətbiq olunacaq ümumi qaydalardan fərqli olaraq Suriyalı mühacir qəbulu etmir. Mövcud Suriyalı ailələrin ehtiyaclarının qarşılanmağa çalışıldığı Antaliyada, şəhərin Suriyalılar baxımından bir cazibə mərkəzi halına gəlməməsi üçün fərqli tədbirlər tətbiq olunur. Antaliya Qubernatoru Muammer Türker, şəhərdəki Suriyalılar üçün "Dövlətimizin ümumi siyasətinə zidd bir vəziyyət söz mövzusu deyil” deyə şərh vermişdi.