Zülfiyyə tanınmış aparıcı ilə sirdaşdır





Xalq artisti Zülfiyyə Xanbabayeva əməkdar artist Nərgiz Cəlilovaya ürək sözlərini yazıb.
Axşam.az xəbər verir ki, müğənni onu tamaşaçılara ilk təqdim edənin N.Cəlilova olduğunu bildirib. Xanbabayeva aparıcı ilə fotosunu İnstaqramda paylaşaraq yazıb:

"Məni ilk dəfə böyük səhnədə tamaşaçılara təqdim edən, professional, zərif, hər zaman gözəl, illərdir nəinki sənətdə, həyatda da məsləhətləri ilə yanımda var olan, sirdaşım Nərgiz Cəlilova...”.