Züqanov Bakıdan qayıtdı, Qarabağ bəyanatı verdi
20:04 11.02.2015
Arxiv
785
Rusiya kommunistlərinin lideri Moskvasız münaqişənin həllini görmür
Azərbaycanda səfərdə olan Rusiya Kommunist Partiyasının lideri, Dövlət Dumasının üzvü Gennadi Züqanov ölkəmizdə rus dilinə və icmasına göstərilən qayğıdan heyrətləndiyini deyib. Ölkə rəsmiləri ilə keçirdiyi görüşlərdə rusdilli vətəndaşların Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakından söz açan Züqanov bölgədə gedən siyasi proseslərə də toxunub.
Dağlıq Qarabağ münaqişəsindən danışan Duma üzvü Rusiyasız Qafqazda sülh və sabitliyə nail olmağın çətin olduğunu söyləyib. Züqanov vurğulayıb ki, bölgədəki problemlərin həllində Rusiyanın rolu daha da artırılmalıdır. Azərbaycan Milli Məclisinin deputatı Mixail Zabelin də bildirib ki, Rusiya münaqişənin nizamlanmasında, işğal olunmuş torpaqların geri qaytarılmasında öz mövqeyini daha konkret göstərməlidir: "Əgər Rusiya fəallaşsa və qəti sözünü desə, əminik ki, qısa müddət ərzində müharibə riski aradan qalxar və bölgədə sülh bərqərar olar”.
Züqanovun mövqeyini və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dediklərini şərh edən politoloq Qabil Hüseynli deyib ki, Rusiya kommunistlərinin lideri marksist-leninçidən daha çox qatı millətçi kimi davranır. Ekspertin sözlərinə görə, Züqanovun rəhbərlik etdiyi partiya kommunistlərə xas olan beynəlmiləlçilikdən uzaqlaşaraq, bütün məsələlərdə Rusiyanın milli maraqlarını ön plana çəkir: "Züqanov liberalların lideri Jirinovski kimi açıq-saçıq mövqe nümayiş etdirməsə də, maskalanmış formada, yəni daha ədəbli, nəzakətli formada rus millətçiliyini qabardır və Rusiyanın strateji maraqlarını müdafiə edir. Vaxt var idi, o, köhnə sovet ittifaqını çox ciddi-cəhdlə müdafiə edirdi. Amma daha sonra təcavüzkar Rusiyanı dəstəkləməyə başladı. Əslində kommunist ideyasının təməl prinsipi məzlum, yəni əzilən xalqların yanında olmaqdır. Dağlıq Qarabağ münaqişəsində də təcavüzə uğrayan tərəf Azərbaycan dövləti və xalqıdır. Özünü "beynəlmiləlçi” adlandıran Züqanov haqsızlığa məruz qalmış xalqı müdafiə etmək əvəzinə, Rusiyasız Qafqazda sülh və sabitlik yaratmağın mümkün olmadığı mesajını verir. Axı niyə mümkün deyil? Gərək partiya sədri bunun səbəblərini də açıqlayardı”.
Q.Hüseynli radikal millətçi kimi danışan və imperiya siyasəti yürüdən Kremli dəstəkləyən Züqanovun həqiqi kommunist olduğuna şübhə edir: "Azərbaycanda rus dilinin inkişaf etməsinin, yayılmasının kommunistlərə nə dəxli var? Züqanov Dağlıq Qarabağdan və işğal olunmuş digər ərazilərimizdən didərgin düşən milyondan artıq qaçqınlarımızla, onların yaşayışı ilə maraqlanmalı idi. Amma özünü "beynəlmiləlçi” kimi qələmə verən RKP sədrinin gözü ruslardan başqa heç nə görmür. Deməli, Züqanov rəsmi Moskvanın mövqeyini müdafiə edən radikal millətçidir. O və ətrafındakılar kommunist adından pərdə kimi istifadə edirlər. Onların kommunist ideyasından anlayışları yoxdur. Putinin işğallarına haqq qazandırmağa çalışanlar isə qətiyyən beynəlmiləlçi ola bilməzlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya