Mirvari Qəhrəmanlı:“Rusiyada ortaya atılan 4 günlük iş həftəsi məsələsi reallıqdan uzaqdır”
“Hər işçi istəyər ki, asudə vaxtı çox olsun, özünə, ailəsinə çox vaxt ayıra bilsin. Amma nəyin hesabına? Əmək haqqının azalmasının? Kim buna razı olar? Əmək haqqı yüksək olsa, bəli, hamı razılaşar. Rusiyalılar da, doğru olaraq narahatlıq keçirirlər”
4 günlük iş rejiminə keçid müzakirə olunur. Avropanın bəzi ölkələrində, həmçinin Rusiyada 4 günlük iş həftəsi haqda düşünməyə başlayıblar. Rusiya baş naziri Dmitri Medvedev gələcəkdə əmək müqavilələrində belə iş rejiminin əksini tapacağını bildirib. O, beynəlxalq əmək konfransında çıxış edərkən deyib ki, texnologiyanın inkişafı nəinki iş yerlərinin, həmçinin, iş saatlarının ixtisarına gətirib çıxarır.
Asudə vaxt çoxalacaq. Çox mümkündür ki, gələcəkdə əmək müqavilələrində 4 günlük iş qrafiki nəzərdə tutulsun. Bunu həm də insanların özlərinə və ailələrinə daha çox zaman ayıra bilməsi, işsizlik səviyyəsinin azaldılması məqsədilə ediləcəyi bildirilir. Əhali arasında aparılan sorğu nəticəsində isə məlum olub ki, sakinlərin 43 faizi həftədə 4 gün işləmək sisteminə qarşıdır. Əhali həftənin 4 günü işləyəcəyi halda əmək haqqlarının azalmasından qorxur. Lakin Rusiya dövləti əhalinin 4 həftəlik iş sistemində də mövcud maaşları saxlamağı hədəfləyir. İşverənlərin və işləyənlərin uyğunlaşması üçün yeni sistemə keçid mərhələli şəkildə həyata keçiriləcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya Federasiyası Müstəqil Həmkarlar İttifaqının bu təklifi nəzərdən keçirilmir:
”Biz bilirik ki, onlar müxtəlif təkliflərlə çıxış edir, təşəbbüs göstərirlər, amma hələ ki Kreml bunlara reaksiya vermir”. Rusiyanin Əmək Nazirliyindən isə bildiriblər ki, Əmək Məcəlləsi ilə iş həftəsi 40 saat müəyyən edilib və məcəllədə dəyişiklik gözlənilmir.
4 günlük iş həftəsinə keçid ümumiyyətlə mümkündürmü və Azərbaycan da bu sistemə keçə bilərmi?
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Sherg.az”a açıqlamasında bildirdi ki, dünya praktikasında oxşar hala rast gəlməyib:
Ən çox Avropa ölkələrinə səfərlərim olur, ABŞ-ın əmək məcəlləsi ilə də tanışam, 4 günlük iş həftəsinin haradasa mövcud olduğunu görməmişəm. Avropa insanlar həftənin 5 günü işləyir, 5-ci gündən də şənbə və bazar gününü necə istirahət edəcəklərini, harada dincələcəklərini planlaşdırırlar. Rusiyada ortaya atılan 4 günlük iş həftəsi məsələsi reallıqdan uzaqdır. Rusiyada hazırda işsizlikdir.
Çox da deyirlər ki, 4 günlür iş həftəsində də əmək haqqı olduğu kimi qalacaq. Bəlkə, ilk vaxtlar belə olacaq, lakin zaman keçdikcə, yavaş-yavaş əmək haqlarını azaldacaqlar ki, az işləyirsiniz. Bunun əvəzinə başqa işçilərlə əmək müqaviləsi bağlanacaq ki, işsizlik heç olmasa müəyyən qədər kompensasiya edilsin. Həftənin 3 günü istirahət edən insanın öncə bunun üçün maliyyə imkanları olmalıdır. Əmək haqqı yüksək, istehlak səbətini ödəyəcək səviyyədə olsa, inandırıcı görünər. Amma əmək haqqı minimumdursa və iş həftəsi də 4 günlüyə keçirilirsə, bunun əhaliyə nə xeyri.
Mirvari Qəhrəmanlı bildirdi ki, 4 günlük iş həftəsim tətbiq etmək asan məsələ deyil:
Təhsil müəssisələri, ali məktəblər, orta məktəblər və büdcədən maliyyələşən təşkilatlar var. Bunlar hamısı böyük bir sistemdir. Bəlkə həqiqətən də 4 günlük iş həftəsi əmək müqaviləsinin şərtlərinə əsasən tətbiq ediləcək. İşçi nə qədər işləyəcəksə, o qədər də əmək haqqı alacaq. Hər işçi istəyər ki, asudə vaxtı çox olsun, özünə, ailəsinə çox vaxt ayıra bilsin. Amma nəyin hesabına? Əmək haqqının azalmasının? Kim buna razı olar? Əmək haqqı yüksək olsa, bəli, hamı razılaşar. Rusiyalılar da, doğru olaraq narahatlıq keçirirlər.
Çünki əmək haqlarının azalacağından ehtiyatlanırlar. Azərbaycan da isə hazırkı vəziyyətdə bu, mümkün görünmür. Əvvəlcə işsizliyin faizini azaltmaq və sosial layihələri gücləndirmək lazımdı.
Azərbaycanda 4 günlük iş rejiminə keçid mümkündürmü ? – MÜNASİBƏT
14:44 15.08.2019
Cəmiyyət
1190
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda evdə meyit aşkarlanıb
18:15 02.01.2025
Hadisə
İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verib
17:52 02.01.2025
Siyasət
2024-cü ilin radio və televiziyada ən çox oxunan türk mahnıları
17:40 02.01.2025
Şou
Türkiyədən ilk: istehsala başlanıldı, uzunluğu 258 metr...
17:26 02.01.2025
Dünya
İsrailin təcavüzü dərhal dayandırılmalıdır - BMT
16:59 02.01.2025
Dünya
Bu məhz iqtisadiyyatın ağardılmasına xidmət edir -Ekspert
16:43 02.01.2025
İqtisadiyyat
Öcalanla görüş TBMM-də müzakirə edildi
16:32 02.01.2025
Dünya
Aktyor Azər Baxşəliyev vəfat edib
16:08 02.01.2025
Cəmiyyət
Azərbaycan XİN Monteneqroya başsağlığı verib
16:02 02.01.2025
Siyasət
Şirvanda beşmərtəbəli yaşayış binasında yanğın baş verib
15:39 02.01.2025
Hadisə
Ərdoğan dəyişikliyə hazırlaşır: Hansı nazirlər gedəcək?
15:24 02.01.2025
Dünya
Qərbin ikiüzlü siyasəti: Gürcüstanı ram etmək mümkün görünmür
14:49 02.01.2025
Dünya
Monteneqroda silahlı hücumda ölənlərin sayı 12-yə çatıb
14:13 02.01.2025
Dünya
Saxta pul dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
13:52 02.01.2025
Cəmiyyət
Ukraynanın NATO-ya üzv olması Rusiyanın məğlubiyyəti deməkdir -ŞƏRH
13:43 02.01.2025
Dünya
2025-ci il Formula 1 təqvimi açıqlanıb
13:08 02.01.2025
İdman
Moskvada Əsədi zəhərlədilər - KİV
13:02 02.01.2025
Dünya
Sumqayıtda 51 yaşlı kişinin meyiti tapılıb
12:55 02.01.2025
Hadisə