"Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döydüyünə görə, Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı haqqında məhkəmə qərar çıxarıb. Unikal.org-un əldə etdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Mirhəmid Nərimanlı haqqında 3 aylıq həbs qəti imkan tədbiri seçilib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri də məlumat yayıblar. Məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən vəziyyət dərhal nəzarətə götürülmüş, operativ tədbirlər həyata keçirilməklə ictimai asayiş bərpa olunmuş, vergi əməkdaşlarının “Relaks” istirahət mərkəzində vergi nəzarəti tədbirinin keçirilməsinə zəruri şərait təmin edilmişdir. Cinayət işi üzrə kriminalistik texniki vasitələrdən istifadə olunmaqla hadisə yerinə foto və videoçəkiliş aparılmaqla baxış keçirilmiş, hadisələrin baş vermə məkanı fiksasiya olunmuş, maddi sübutlar götürülmüş, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, məhkəmə-tibbi, məhkəmə-əmtəəşünaslıq, məhkəmə-trasoloji ekspertizalar təyin edilmişdir.
İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hadisə ilə bağlı firiklərini Sherg.az-la bölüşən “Səs” qəzetinin baş redaktoru, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirdi ki, sahibkarlığın inkişafı dövlətin prioritet sahəsidir, lakin bu, heç bir sahibkara dövlət orqanının işinə mane olmağa haqq vermir:
"Bilirsiz ki, cənab Prezident sahibkarlara kömək, sahibkarlığın stimullaşdırılması məqsədilə əsassız yoxlamaları rəsmi şəkildə qadağan edib. Ölkədə biznesin, orta və iri sahibkarlığın inkişafı etdirilməsi istiqaməti götürülüb. Sahibkarlığın inkişafı üçün bir sıra addımlar atılır, kreditlərin verilməsi və sairə kimi. Yəni ölkədə azad sahibkarlığın inkişafı üçün münbit şərait yaradılması göz önündədir. Amma bu, heç kimə, heç bir sahibkara dövlət orqanının işinə müdaxilə etmək, fəaliyyətinə mane olmaq hüququ vermir. Dövlət orqanının işinə mane olmaq cinayət məsuliyyəti üçün əsasdır. Dövlət qurumu qanuni şəkildə yoxlamalar aparmalıdırsa, buna mane olmaq hüquqa zidd əməldir. Sahibkar, ya qeyrisi, fərq yoxdur, dövlət orqanının işinə müdaxilə etmək olmaz. Söhbət iaşə obyektindən gedirsə, əksinə, yoxlamaları aparılması sahibkara köməkdir ki, bunun sayəsində vətəndaşlara xidmətin keyfiyyəti artırıla bilər. Dövlətə vergi ödənməlidir. Hər hansı digər vacib ödəmələr varsa, onlar da vaxtlı-vaxtında ödənməlidir. Heç kim dövlət orqanının işinə mane olmamalıdır.
Deputatın oğlunun və qohumlarının zorakılığı: "Heç kim dövlət orqanının işinə mane olmamalıdır"
13:34 20.08.2019
Cəmiyyət
807
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa çempionatının ən yaxşı qolu bəlli oldu
00:08 17.07.2024
İdman
İsrail ordusu HƏMAS-ın 9 aylıq itkilərini açıqlayıb
23:29 16.07.2024
Dünya
Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi
23:10 16.07.2024
Dünya
Makron hökumətin istefasını qəbul etdi
22:28 16.07.2024
Gündəm
Qarabağ İqtisadi Regionunda təlimlərə start verildi
21:44 16.07.2024
Gündəm
Mətbuat Şurasının yeni layihəsi üzrə ilk toplantı keçirilib
20:41 16.07.2024
Media
XİN rəhbəri Troy Duli ilə görüşdü
20:18 16.07.2024
Siyasət
Ərdoğan açıqladı: Nə Şərq, nə də Qərb...
20:01 16.07.2024
Dünya
TDT-nin Rəqəmsal Aqro Data Platforması yaradılacaq
19:49 16.07.2024
Gündəm
Zakir Həsənov Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib
19:10 16.07.2024
Gündəm
Şair Rafail İncəyurdun 70 illik yubileyi keçirildi
18:45 16.07.2024
Ədəbiyyat
ABŞ daha çox Ermənistanın yanındadır -TƏHLİL
ABŞ daha çox Ermənistanın yanındadır -TƏHLİL
18:05 16.07.2024
Aktual
Bu gecə Nəsiminin bəzi küçələrində qaz olmayacaq
Bu gecə Nəsiminin bəzi küçələrində qaz olmayacaq
17:56 16.07.2024
Cəmiyyət
Çay yoxsa qəhvə? -Dietoloqdan qızıl kimi məsləhət
17:45 16.07.2024
Cəmiyyət
Ən böyük prospektlərdən biri yenə bağlanır
Ən böyük prospektlərdən biri yenə bağlanır
17:39 16.07.2024
Cəmiyyət
Azərbaycanın xarici və daxili dövlət borcu nə qədərdir?
Azərbaycanın xarici və daxili dövlət borcu nə qədərdir?
17:33 16.07.2024
İqtisadiyyat
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
17:22 16.07.2024
Cəmiyyət
İlham Əliyev 7 fərman imzalayıb
İlham Əliyev 7 fərman imzalayıb
17:15 16.07.2024
Siyasət
ABŞ Ermənistan polisinə 16 milyon ayırdı
ABŞ Ermənistan polisinə 16 milyon ayırdı
17:09 16.07.2024
Dünya
Nüvə silahına malik ilk əsl islamçı ölkə bizik
Nüvə silahına malik ilk əsl islamçı ölkə bizik
16:53 16.07.2024
Dünya