Arif Alışanovun qardaşı işdən çıxarıldı


Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsinin rəisi Akif Alışanov vəzifəsindən azad edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Onun yerinə hələ təyinat yoxdur. 

Qeyd edək ki, Akif Alışanov "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq rəhbəri Arif Alışanovun qardaşıdır.