Bakıda itkin düşən 17 yaşlı qız tapıldı (YENİLƏNİB)

Bakıda itkin düşən yeniyetmə qız tapıldı.

Lent.az -ın əldə etdiyi məlumata görə, oktyabrın 26-da itkin düşən 17 yaşlı Həsənova Leyla Sirac qızı tapılıb. O, bu gün səhər saatlarında evlərinə qayıdıb.

16:57

Bakıda 17 yaşlı qız itkin düşüb.

Oxu.Az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

11-ci Xreptovu küçəsi, ev 161 ünvanında yaşayan 2002-ci il təvəllüdlü Həsənova Leyla Sirac qızı oktyabrın 26-da saat 16:30-da hazırlıq kursuna getmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.