İslahat xətti: Kadr və struktur dəyişiklikləri zamanın tələbidir - AKTUAL

“Ölkə başçısı tərəfindən həyata keçirilən islahatlar hər zaman strateji əhəmiyyətə malik olub”. Bu fikirləri Sherg.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.

O bildirib ki, sosial-iqtisadi sahədə həyata keçirilən kadr və sturuktur islahatları ölkəmizin qarşısında duran, zamanın yeni çağırışlarına cavab verəcək dəyişikliklərdir:

“Ölkə başçısı prezident seçkilərindən sonra andiçmə mərasimində çıxışında, ölkə qarşısında duran yeni çağırışları qeyd etdi. Xüsusilə qeyri-neft sektorunun vacib olduğunu vurğulayaraq sturuktur islahatlarının davam edəcəyini bildirib. Prezidentin apardığı islahatlar ölkəmizdə idarəetmə aparatının təkmilləşdirilməsinə yönəlib. Məlumdur ki, idarəetmə aparatı çevik olmalı və daim təkmilləşdirilməlidir. Ölkəmizdəki kadrların davranışları çox vacibdir. Çünki kadrlar islahatları daim hərəkətə gətirə biləcək mövqedə olmalıdırlar”. 



Əliməmməd Nuriyev: "İslahatların uğur qazanmasına səbəb olan amillərdən biri də onların kompleks xarakter daşımasıdır"


Ölkəmizdə kadr islahatlarININ genişləndiyini vurğulayan Ə.Nuriyev bildirib ki, son günlər ölkənin gələcəyini müəyyənləşdirən mühüm kadr dəyişiklikləri baş verdi:

“Yeni kadr dəyişiklikləri əlbəttə ki, ölkəmizə yeni imkanlar açır. Kadrların yerdəyişmə edilməsində onların əldə etdiyi uğurların da rolu var. Vergi siyasətində əhəmiyyətli irəliləyişlər baş verdi. Xüsusilə kölgə iqtisadiyyatının azalması ilə bağlı mühüm addımlar atıldı. Vegi inzibatçılığı daha da təkmilləşdirildi. Bu da büdcəyə toplanan vergi vəsaitlərinin çoxalmasına səbəb  oldu. Ona görə də aparılan islahatlar bütün sahələri əhatə edir. Çünki islahatların uğur qazanmasına səbəb olan amillərdən biri də onların kompleks xarakter daşımasıdır”.