Cənub bölgəsinin bəzi kəndlərində elektrik problemi yaranıb

Havaların kəskin dəyişməsi nəticəsində cənub bölgəsində günün ikinci yarısında intensiv yağışlar səbəbindən Lənkəran şəhərinin mərkəzində 1-ci mikrorayon Zərifə Əliyeva küçəsi 78 ünvanında yerləşən 10,13,14 və 16-cı binalarda elektrik verilişində fasilələr yaranıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Separadi kəndində də sakinlər işıqsız qalıb. “Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsindən aldığımız məlumata görə, hazırda həmin ərazilərdə təmir və bərpa işləri aparılır.

Qeyd edək ki, hazırda qeyri-sabit hava şəraiti höküm sürür.