Bakıda 5 marşrut xətti üzrə müsabiqənin şərtləri açıqlandı

Bakı Nəqliyyat Agentliyi (BNA) 11, 30, 40, 71 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə elan edilən müsabiqənin şərtlərini açıqlayıb. 

BNA-dan verilən məlumata görə, şərtlərlə qurumun rəsmi internet səhifəsində müsabiqələr bölməsində tanış olmaq mümkündür. 

“Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər 14.01.2020-ci il tarixi saat 17:00-dək Bakı Nəqliyyat Agentliyinə müvafiq ərizə ilə müraciət etməlidirlər”, - deyə məlumatda qeyd olunub.