Könüllülər gələcəkdə peşəkar kadra çevriləcəklər - QHT rəhbəri 


 "Prezidentin sərəncamı ilə Azərbaycanda  2020-ci ilin könüllülər ili elan edilməsi mühüm hadisədir".

Bunu "Sherg.az"a "Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İB-nin sədri Fatimə Hacıbəyli deyib. Onun sözlərinə görə,  Azərbaycanda könüllülərlə  bağlı xüsüsi layihələr həyata keçiririlir. Onların potensialı olmasaydı  Azərbaycanda bir sıra layihələri dünyanın diqqətini cəlb edən şəkildə həyata keçirmək mümkün olmazdı:


- Xatırladağ ki, 2015-ci il ilk  Bakı Avropa oyunlarında, "Evrovision", Bakı İslam oyunlarında və bir sıra yarışlarda, layihələrdə könüllülərin  müstəsna xidmətləri  olub. Daha sonra bir sıra təşkilatlarda, qurumlarda, komitələrdə  könüllülərin xidmətləri gğzə dəyib. Bu sərəncamın imzalanması həm də  onu göstərir ki, Prezident könüllülərə, gənclərə xüsüsi qayğı və dəstəklə yanaşır. Məlumdur kı, könüllülər dəstəsində gənclər çalışır, ali məktəbdə oxuyan və məktəbi bitirən gənclər var. Bunlar  əslində o deməkdir ki, onlar bu sahəni öyrənib gələcəkdə  mütəxəssis, peşəkar kadra  çevriləcəklər. 

Turan