Röya qazaxlı nənə üçün yeni ev tikdirəcək


Xalq artisti Röya Ayxan bir müddətdir sosial şəbəkələrdə gündəm olan 77 yaşlı Əsmər Cəfərovaya yeni ev tikdirəcək.
Sənətçi  "5/5" verilişinin qonağ olduğu zaman Qazaxın Quşçu Ayrım kəndindəki mənzil tamamilə yararsız halda olduğu üçün belə addım atdığını bildirib.

Röya Ayxan Ə.Cəfərovanın hazırkı mənzilinin yanında 3 otaqlı mənzil inşa etdirəcək, oranı bütün ev əşyaları ilə təmin edəcək.