“31 dekabr – Dünya Azərbaycanlılarının həmrəylik və Yeni il bayramları günlərində istehlakçıların elektrik enerjisinə olan tələbatı adi günlərdə olduğu kimidir”. Bunu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, ötən illərə nisbətən bu il elektrik enerjisi kəsintilərinin də həcmi xeyli azalib:
“İstehlakcilarin elektrik enerjisi təchizatında heç bir problem yaranmayıb. Bayram günləri “Azərişığ”ın 199 saylı çağrı mərkəzinə edilən müraciətlərin sayı da kəskin azalıb. Son 1 həftədə ümumilikdə 1277 müraciət daxil olub ki, onların da əksəriyyəti məlumat xarakterli olub”.
Xatırladaq ki, bayram günləri ilə əlaqədar olaraq “Azərişıq” gücləndirilmiş iş rejiminə keçmişdi.