Macəra turizminin inkişaf edəcəyi ölkələr: Siyahıda Azərbaycan da var

Böyük Britaniya Bekperlər Cəmiyyətinin mütəxəssisləri (az pul və minimal rahatlıqla səyahət etmək istəyən müstəqil turistlər) macəra turizminin inkişafı üçün ən böyük potensiala sahib olan ölkələrin reytinqini tərtib ediblər. Azərbaycanın adı siyahıda top onluğa daxil olub.

Bu barədə “Lonely Planet” xəbər yayıb.

Rusiya siyahıda səkkizinci yerdədir. Orta Asiya dövlətlərindən - Qazaxıstan (beşinci yer) və Özbəkistan (altıncı yer) daxil olub. Siyahıda Səudiyyə Ərəbistanı, Pakistan və İran - müvafiq olaraq ikinci, üçüncü və dördüncü yerləri bölüşür.

Ekspertlər reytinqdə lider kimi Əlcəzairi tanıyıblar.

Bundan əlavə, Bosniya və Herseqovina (yeddinci yer), Efiopiya (doqquzuncu yer) da ilk onluğa daxil olub.