Bayramda daşınan sərnişinlərin sayı açıqlandı

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bayram ərəfəsində və bayram günlərində ümumilikdə 100 mindən çox sərnişin şəhərlərarası və beynəlxalq istiqamətlərə yola salınıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məlumat verib.

O bildirib ki, sərnişin axını ən çox 30 dekabr və 2 yanvar tarixlərində müşahidə olunub: "Qeyd olunan tarixlərdə bir gün ərzində 17 mindən çox sərnişin biletlə təmin olunub. Ən sevindirici hal isə istər "Məlumat Mərkəzi"nə, istərsə də "facebook" ünvanımıza daxil olan müraciətlər arasında şikayət qeydə alınmaması oldu. Yarana biləcək hər hansı neqativ halla bağlı hər gün saat 07:00-dan 23:30-a qədər (012) 406-01-58/59 nömrəli "Məlumat Mərkəzi"nə zəng edə bilərsiniz. Eyni zamanda "facebook" və [email protected] email ünvanı üzərindən də yazıb göndərə bilərsiniz".