30 yaşlılar daha çox bu xəstəliklərə tutulur


Yüksək xolesterolu olan uşaqlar 30 yaşında infarkt keçirə bilər.

Bu barədə tibb elmləri doktoru, aparıcı Elena Malışeva instaqramda yazıb: "Onları infarkt və insult təhlükəsi gözləyir. 30-40 yaşda".

Həkim irsi hiperxolesterinemiyadan da söz açıb: "Əgər 50 yaşa qədər olan insanlar infarkt və ya insult keçirərsə, onların övladları mütləq müayinədən keçirilməlidir". (publika.az)