Güzəştli mənzillərlə bağlı yeni xəbər – Rəsmiləşdirilmə gedir

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi Yasamal Yaşayış Kompleksində 25.12.2019-cu il tarixində "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə seçilmiş 248 mənzildən 204-nün alqı-satqısı uğurla başa çatdırılıb.

MİDA-nın məlumatına görə, həmin mənzillərdən 9-u 27.12.2019-cu il tarixində mənzili gözləmə qaydasında birinci sırada seçmiş şəxslər tərəfindən əldə edilib. Hazırda qalan mənzillərin satışının rəsmiləşdirilməsi Qaydalara uyğun olaraq davam etdirilir.

Güzəştli şərtlərlə əldə edilən 204 mənzildən 35-i 1 otaqlı, 102-si 2 otaqlı, 67-si isə 3 otaqlıdır. Mənzilə sahib olan vətəndaşlardan 44-ü mənzili öz vəsaiti hesabına, 160-ı isə güzəştli ipoteka krediti hesabına əldə edib.