Kəlbəcərin icra başçısı vəzifəsindən azad olundu - SƏRƏNCAM

Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

"Sherg.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

A.Məmmədov fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərdə 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputat seçilib.