Həkimdən XƏBƏRDARLIQ: "Pul ilə təmasdan uzaq durun"

Koronavirusdan qorunmaq üçün daha bir xəbərdarlıq yayılıb.
Lent.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yerli həkim Cem Karas pulun xəstəliklərin yayılmasında əvəzsiz rol oynadığını deyib.

O, xüsusilə hamilələr, uşaqlar və immuniteti zəif olanların nağdsız ödəniş etmələrini tövsiyə edib:

“Bir həkim olaraq pul ilə təmasdan sonra əllərin yuyulmasını tövsiyə edirəm. Ancaq bu da həmişə mümkün olan məsələ deyil. Buna görə də təmassız ödənişlərə üstünlük verilməlidir. Nağd pullar əldən ələ keçərək virusları ötürür".