Türkiyədə ilk koronavirusa yoluxma hadisəsi qeydə alındı

Martın 10-da axşam saatlarında Türkiyədə ilk koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

APA-nın “TRT Haber”ə istinadən verdiyi xəbərə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
O, koronavirusun yayılmasının qarşısını almaq üçün tədbirlərin görüldüyünü deyib.