Ağciyər xəstəlikləri institutunda iki nəfər ölüb - RƏSMİ


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda iki xanım xəstə dünyasını dəyişib.

TƏBİB-dən "Sherg.az"a  verilən məlumata görə, ölənlərdən biri 1986-cı il təvəllüdlü olub. O, xəstəxanaya 10.03.2020-ci il tarixində saat 13.30-da ağır vəziyyətdə daxil olub və “Hər iki ağciyərin pnevmoniyası” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilib və müalicə təyin edilib. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, 10.03.2020-ci il tarixində saat 20.30-da bioloji ölüm qeyd olunub.

Ölümün səbəbinin kəskin ağciyər-ürək çatmamazlığı, iki tərəfli pnevmoniya, ağır gedişli olduğu açıqlanıb.

İkinci xəstə 1999-cu il təvəllüdlüdür. 06.03.2020-ci il tarixində saat 15.20-da Kürdəmir RMX-nın göndərişi əsasında ağır vəziyyətdə xəstəxanaya daxil olub və “Ağciyər vərəmi. Şəkərli diabet I tip” diaqnozu ilə II Ağciyər vərəmi şöbəsinə yerləşdirilib və müalicə təyin edilib. Vəziyyəti pisləşdiyindən 10.03.2020-ci il tarixində saat 04.00-da II Reanimasiya şöbəsinə köçürülüb. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, 10.03.2020-ci il tarixində saat 21.05-də bioloji ölüm qeyd olunub.

Ölümün səbəbi: “Kəskin ağciyər-ürək çatmamazlığı. Ağciyərlərin infiltrativ vərəmi, dağılma və sağa səpələnmə ilə. Şəkərli diabet I tip, ağır forma”.

Bütün ölüm hadisələri haqqında ərazi üzrə rayon prokurorluğu və polis idarəsi məlumatlandırılıb.