99 yaşlı müharibə veteranı koronavirusdan sağaldı

Braziliyada koronavirusa yoluxan 99 yaşlı İkinci dünya müharibəsi veteranı uğurla müalicə olunub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, o, ölkənin koponavirus aşkarlanan ən yaşlı sakini idi.

Məlumata görə, Ernando Armelindo Piveta öskürəkdən əziyyət çəkib və aprelin 6-da xəstəxanaya yerləşdirilib. Pasient intensiv terapiya şöbəsində müalicə olunub və aprelin 14-də xəstəxanadan buraxılıb.

Həkimlərin sözlərinə görə, kişi tamamilə sağalıb.

Braziliyada ümumilikdə 25 mindən dən çox insan koronavirusa yoluxub, 1532 nəfər vəfat edib.