Qubada reallaşdırılan infrastruktur layihələr sakinləri razı salıb –  Böyük etimad 

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Quba rayon sakini Sərxan Mirzəyevin məktubunda deyilir: 

“Möhtərəm Prezidentimiz İlham Əliyev, Sizin Azərbaycanın hər bir vətəndaşına olan diqqət və qayğınız Quba əhalisi tərəfindən də fərəhlə qarşılanır. Dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə vaxtında həyata keçirdiyiniz tədbirlər hər bir Azərbaycan vətəndaşına olan qayğınızdan xəbər verir. Respublikamızın hər yerində bu istiqamətdə aparılan zəruri tədbirlər, xüsusi karantin rejiminin tətbiqi mövcud vəziyyətdə əhalinin sağlamlığının qorunmasına xidmət edir. Sizin rəhbərliyinizlə həyata keçirilən bu tədbirlər əslində bir sıra dünya ölkələri üçün də nümunədir. Cənab Prezident, son illər ölkəmizdə, o cümlədən Qubada reallaşdırılan böyük infrastruktur layihələrini də xüsusi vurğulamaq istəyirəm. Yaşadığım Dəvədabanı massivində uzun illərdən bəri həllini gözləyən problemlər sürətlə aradan qaldırılmaqdadır. Artıq əraziyə qazın verilməsi təmin olunub. Hazırda küçələr asfaltlanır, müasir işıqlandırma sistemi quraşdırılır. Çoxdan gözlədiyimiz məktəb və uşaq bağçasının inşası da yaxın vaxtlarda başlanacaq. Bütün bu işlərə görə Dəvədabanı yaşayış massivinin üç min sakini adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”.