Ölkə başçısına təşəkkür: “Bu xalqın Sizin kimi liderə hər zaman ehtiyacı var”

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.
Qəbələdən Rəşad Rəfiyev qeyd edir: 
"Hörmətli cənab Prezident, Sizi salamlayır və hər vaxtınızın xeyirli olmasını arzu edirəm.
Cənab Ali Baş Komandan, bu məktubu Sizə yazmaqda məqsədim şəxsinizə olan hörmət və ehtiramımı, minnətdarlığımı bildirməkdir.
Qəbələ rayonunda sadə, aztəminatlı bir ailədə böyümüş, bir çox çətinliklər görmüş və hər zaman şükür etmiş bir vətəndaş kimi bu çətin günlərdə də Sizinlə bərabər olduğumu söyləmək istəyirəm.
Bəli, cənab Prezident, Siz söylədiyiniz kimi, “Biz birlikdə güclüyük!”
Sizdən özünüzə yaxşı baxmağı, özünüzü qorumağı xahiş edirik. Çünki bu xalqın Sizin kimi liderə hər zaman ehtiyacı var. Allah Sizi qorusun”.