Azərbaycanda bəzi ana və uşaq ölümləri qeydiyyata alınmır – RƏSMİ


Azərbaycanda bəzi ana və uşaq ölümləri qeydə alınmır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) illik məruzəsində (2019-cu il üzrə) bildirilib.

Qeyd olunub ki, ana və uşaq ölümlərinin bəzən evdə baş verməsi səbəbindən qeydiyyata alınmaması ciddi narahatlıq doğurur.

Ombudsman təklif edir ki, bu problemlərin mövcudluğu təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

Qeyd edək ki, 2019-cu ildə respublika üzrə 21 ana ölümü hadisəsi baş verib.

Körpə ölümü göstəricisi beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla 11,0 promilli təşkil edib.