Şəhid ailələrinə və aztəminatlı ailələrə ərzaq yardımı göstərilib


Hazırda ölkəmizdə koronavirus infeksiyası ilə mübarizə aparılır və xüsusi karantin rejimi tətbiq edilməkdədir.

Mənəvi Dəyərlərin Təbliği Fondu əhalinin həssas təbəqəsinə dəstək göstərmək, onların sosial müdafiəsini gücləndirmək məqsədilə, ümumilikdə, 170 şəhid ailəsinə və aztəminatlı ailəyə ərzaq yardımı göstərib.

Bu barədə Sherg.az-a Mənəvi Dəyərlərin Təbliği Fondundan məlumat verilib.