Ermənistanda daha iki nəfər koronavirusdan öldü


Ermənistanda yeni növ koronavirusa yoluxanların sayı 1401 nəfərə çatıb.
Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, ötən sutkada daha 62 nəfərin COVID-19-a yoluxması təsdiqlənib.
Bundan əlavə, koronavirusa yoluxan daha iki nəfər ölüb.
Beləliklə, Ermənistanda koronavirusdan ölənlərin sayı 24-ə çatıb.