Karantini pozan 33334 sürücü cəzalandırıldı

Baş Dövlət Yol Polisi İdarsi karantin rejimi ilə əlaqədar ötən gün görülən işlərlə bağlı məlumat yayıb.
İdarədən "Sherg.az"a verilən  məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejiminin pozulmasına görə ötən gün ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1818 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 33334 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.