Prezident icra başçısına töhmət verdi - Karantini pozduğuna görə

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.