36 mindən çox sürücü karantini pozduğu üçün cərimələndi - DYP

Baş Dövlət Yol Polisi İdarəsi karantin rejimi ilə əlaqədar ötən gün görülmüş işlər barədə məlumat yayıb.
İdarədən "Sherg.az"a verilən məlumata əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejiminin pozulmasına görə dünən respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1208 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 36364 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.