Azərbaycanda koronavirus testindən keçənlərin SAYI

Bu gün Azərbaycanda koronavirusla bağlı 7420 test keçirilib.
APA-nın məlumatına görə, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd edilib ki, ümumilikdə ölkədə virusla bağlı 188950 test keçirilib.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 143 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər vəfat edib. Ümumilikdə ölkədə virusa yoluxma sayı 2422, ölüm sayı 31, sağalan xəstələrin sayı isə 1620-dir.

Hazırda 771 aktiv virus xəstəsinin 22-si reanimasiyadadır, 9-u isə süni tənəffüs cihazına qoşulub.