Qubada zəlzələ olub


Bu gün yerli vaxtla saat 09:43-də Quba stansiyasından 11 km cənub-şərqdə Quba ərazisində 2,5 maqnitudalı zəlzələ qeydə alınıb.

APA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə hiss olunub.

apa-logo-mini