Ali Baş Komandana məktub: “Sizinlə birgə erməni virusu üzərində parlaq qələbə qazanacağıq”

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması istiqamətində gördüyü mühüm işlərə görə Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən minnətdarlıq məktubları ünvanlanmaqda davam edir.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Balakən rayon şöbəsinin üzvləri A.Abdullayev, R.Anayev, M.Eminov, Ş.Qımrıyev və R.Balayev yazırlar: 

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Sizin uğurlu daxili və xarici siyasətiniz sayəsində dövlətimiz güclənməklə yanaşı, öz müsbət imicini gündən-günə daha da artırır. Planetimizə qatı duman kimi çökən koronavirusla mübarizə tədbirlərinin səmərəli təşkili və məqsədyönlü fəaliyyətiniz bu istiqamətdə növbəti addım oldu. Bu işləri biz zabitlər də yüksək qiymətləndiririk. Hər bir göstəriş və çıxışlarınız alqışlayırıq. Siz hər bir vətəndaşa doğma və dayaq olduğunuzu bir daha sübut etdiniz. Siz xalqımızın sağlamlığı naminə ölüm kabusu ilə çarpışan həkimlərimizin əməyinə layiqli qiymət verdiniz. Siz, eyni zamanda, ordumuzun güclənməsi, ehtiyatda olan veteranların və əlillərin, şəhid ailələrinin sosial ehtiyaclarının həlli üçün çox çalışırsınız. Biz Sizinlə birgə koronavirus, eləcə də torpaqlarımıza soxulan erməni virusu üzərində parlaq qələbə qazanacağıq.
Möhtərəm Ali Baş Komandan, Sizə bu çətin anlarda böyük iradə və möhkəm cansağlığı arzulayırıq”.