Rüstəm Usubov və Namiq Əsgərova fəxri ad verildi

Prezident İlham Əliyev Usubov Rüstəm Sabir oğluna və Əsgərov Namiq Əli oğluna “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
APA-nın məlumatına görə, fəxri ad R. Usubov və N. Əsgərova Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə verilib.