Bu il oğlan uşağı daha çox doğulub - STATİSTİKA

İlkin məlumatlara görə, bu ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 28690 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,6 təşkil edib.
"Sherg.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, doğulanların 52,9 faizi oğlan, 47,1 faizi isə qız uşaqlarıdır. Körpələrin 724-ü əkiz, 21-i isə üçəm doğulanlardır.