“Prezidentimiz dünyada qlobal baxışlı lider kimi qəbul olunur”

“Beynəlxalq ictimaiyyət etiraf edəcək ki, pandemiya dönəmində beynəlxalq səyləri birəşdirən dövlət Azərbaycan, lider isə İlham Əliyevdir”



“Koronavirus pandemiyası bütün dünya dövlətlərini öz əsarətinə alıb. Sözün həqiqi mənasında dünya birliyi bu ümumi bəla ilə muharibə vəziyyətindədir”. 
Bu sözləri “Sherg.az”a açıqlamsında millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib. 
Deputat bildirib ki, hər bir dövlət bu reallığı dərk etməli və səyləri birləşdirməlidir: 

“Yalnız bütün dövlətlərin birgə səyləri bu ümumbəşəri bəlaya qalib gəlməkdə müstəsna rol oynaya bilər. Qlobal səviyyədə nicatımız həmrəy olmağımızdan və məhsuliyyətimizdən asılıdır. Elə bu məntiqdən cıxış edərək Prezident İlham Əliyev həm milli səviyyədə, həm regional səviyyədə, həm də qlobal səviyyədə pandemiyaya qarşı mübarizə prosesində preventiv, ardıcıl və sistemli addımlar atır. Bu addımlar həm ölkə ictimaiyyəti, həm də beynalxalq aləm tərəfindən yüksək qiymətləndirilir.



Xüsusilə Prezidentin pandemiyaya qarşı mübarizə məqsədi ilə BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması təşəbbüsü dünyada çox böyük siyasi rezonansa səbəb olub. Beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsi mənafeyinə xidmət edən bu unukal təşəbbüsə qarşı çıxan yeganə dövlət məhz işğalçı Ermənistandır. Ermənistan dövləti bununla öz mahiyyətini ortaya qoydu və dünya miqayasında özünü rüsvay etdi.

Əslində faşizmi və terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran bir “psevdodövlət”in belə davranışı təəccüb doğurmur. Ermənistan dünyanın yeganə ölkəsidir ki, COVİD-19-un yanında yer aldı. Deməli, Ermənistan 500 mindən artıq insanın pandemiyanın qurbanı olmasında birbaşa olmasa da, dolayısı ilə məsuliyyət daşıyır. Ermənistanın bu antibəşəri davranışına post-pandemiya dövründə siyasi və hüquqi qiymət verilməsi məsələsi də olduqca vacibdir”.

E.Nəsirov vurğulayıb ki, Prezident İlham Əliyevin unukal təşəbbüsünə dünyanın reaksiyası sübut edir ki, Azərbaycanın sözünün mənası və çəkisi böyükdür: 

“Bunu şərtləndirən həledici amil dövlət başçısı İlham Əliyevin həm ölkə, həm də beynəlxalq aləmdə yüksək nüfuza malik olması ilə bağlıdır. Pandemiya dünyanı hədəfə aldığı şəraitdə hər dövlət və lider öz simasını nümayiş etdirir.

Bu çətin günlərdə Azərbaycan dövləti və onun lideri İlham Əliyev sözün həqiqi mənasında bütün dövlətllər və onların liderləri üçün bir nümunədir. Azərbaycan dövlətinin və cənab İlham Əliyevin nüfuzu və reytinqi olduqca yüksəkdir.

Prezidentimiz dünyada qlobal baxışlı lider kimi qəbul olunur. Müzakirələrin nəticəsi olaraq, bütün beynəlxalq ictimaiyyət etiraf edəcək ki, pandemiyadan qlobal qurtuluşun əldə edilməsi naminə beynəlxalq səyləri bir yumruq kimi birəşdirən dövlət Azərbaycan, lider isə Prezident İlham Əliyevdir”.