Boya fabrikindəki yanğın davam edir: Nazir müavini və icra başçısı hadisə yerində... – YENİLƏNİB+VİDEO


7-ci mikrorayonda “Sobsan” boya fabrikində baş vermiş yanğın davam edir.

"Sherg.az" xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Bundan əlavə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev də yanğın baş verən yerə gəlib. 

Əraziyə cəlb olunmuş FHN-nin 32 texnikası və 160 canlı qüvvəsi yanğının söndürülməsi üçün mübarizə aparır.

21:15

7-ci mikrorayonda “Sobsan” boya fabrikində baş vermiş yanğın davam edir.

Hazırda FHN yanğından mühafizə xidməti alovun lokallaşdırılması və söndürülməsi üçün mübarizə aparır.

Baku TV-nin əldə etdiyi ilk məlumatlara görə, hadisə zamanı beş nəfər xəsarət alıb.

Onlar təcili xəstəxanaya çatdırılıblar.


21:03

7-ci mikrorayondakı “Sobsan” boya fabrikinə məxsus sexdə yanğın davam edir.

FHN-dən "Sherg.az"a verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür. 

Yanğın zamanı ətrafdakı insanlar təxliyyə edilib. 


20:38

Bakının Binəqədi rayonunda dəhşətli yanğın baş verib.

"Sherg.az" xəbər verir ki, hadisə 7-ci mikrorayon adlanan ərazidə olub.

İlkin məlumatlara görə, “Sobsan” boya fabrikinə məxsus sexdə partlayış olub. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub.