Şəhid general-mayor II Fəxri xiyabanda dəfn olunacaq - RƏSMİ

Azərbaycan Ordusunun şəhid olan yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov sabah torpağa tapşırılacaq.
Bu barədə "Sherg.az"a Müdafiə Nazirliyindən məlumat verilib. 
Bildirilib ki, Polad Həşimovun cənazəsi İkinci Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, general-mayor Polad Həşimov bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.