“Bu təxribatda Rusiya agenti olan erməni generalların rolu var”

Tovuzda gərginlik davam edir, atışmalar səngimək bilmir.  Düşmən təxribatının cavabını layiqincə versək də, Dağlıq Qarabağa doğru irəliləyə bilməmişik. Amma inam, ümid ən pik həddədir. 

 AĞ Partiya sədrinin müavini, politoloq  Əhəd Məmmədli mövcud durumu “Sherg.az”a təhlil edib. Ekspert bu təxribatda Rusiyanın “əl”i olduğu qənaətindədir: 

“Düzü, Paşinyanın açıqlaması məni təəcccübləndirdi. Çünki o, müharibəni pandemiyadan sonraya planlaşdırdığını demişdi. Azərbaycan antiterror əməliyyatlarına başlamaq ərəfəsindəykən Ermənistanın Tovuzda təxribat törətməsi isə ümumiyyətlə gözlənilməz idi. Hər halda bu işdə Rusiya agentləri olan  erməni generallarının xüsusi rol oynaması istisna deyil. O da məlumdur ki, Ermənistan silahlı qüvvələrində təkcə onların özləri yox, ruslar da xidmət edir”.



 Politoloq, həmçinin general, polkovnik  mayor və digər hərbçilərimizin şəhid olmasına da toxundu: 

“Əlbəttə, kədərlənir və onlara Allahda rəhmət diləyirik. Bu məqam onu göstərir ki, düşmən ordusundan fərqli olaraq bizim generallarımız əsgərin arxasında gizlənmir. Əksinə, öndə gedərək örnək olurlar. Şəhidlərimizin intiqamı alınmalıdır.

Özü də 5-10 erməni hərbçisinin zərərsizləşdirilməsi ilə yox, bu gecə Azərbaycanın qərbində və ya Dağlıq Qarabağın hansısa rayonunda Azərbaycan bayrağının dalğalandırılması ilə”.