İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı ordumuzun şəhid olan mayoru Novruzov Anar Gülverdi oğlu Masallı rayonu Ərkivan qəsəbəsinin qəbiristanlığında dəfn edilib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəhidin tabutuna bükülmüş Azərbaycan Bayrağı övladına təhvil verilib.
***
20:05
İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər nəticəsində şəhid olan Azərbaycan Ordusunun mayoru Novruzov Anar Gülverdi oğlunun nəşi doğulduğu Masallı rayonu, Ərkivan qəsəbəsinə gətirilib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəhid mayorun vida mərasiminə rayon icra aparatının əməkdaşları, millət vəkilləri, hərbçilər və ictimaiyyət nümayəndələri qatılıb.