Azərbaycanda COVID-19-a yoluxanların sayı 26 165-ə çatıb, 334 nəfər vəfat edib

Azərbaycanda indiyədək ümumilikdə 26 165 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sherg.az"a verilən məlumata görə, onlardan 17 256 nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib, 8 575 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.